Information Security Forum INSECO

Təhlükəsizlik => Mobil Təhlükəsizlik => Topic started by: Wedn0sday on October 19, 2021, 03:33:38 PM

Title: WeChat və digər Çin tətbiqlərinin arxa fonda şəkilləri skan etməsi aşkar olunub
Post by: Wedn0sday on October 19, 2021, 03:33:38 PM
WeChat-ın istifadəçi foto albomlarını vaxtaşırı necə skan etdiyini ortaya qoyan bir araşdırma nəşr olunub. Beləliklə, Tencent şirkətinin tətbiqinin icazə almadan şəxsi məlumatlara daxil olduğu növbəti dəfə aşkar olunub. Dəlil Weibo-da Hackl0us adlı bir texnobloqqer tərəfindən yayımlandı və dəlil Apple-ın iOS 15 -də yeni "Record App Activity" funksiyasının ekran görüntülərindən ibarət idi.

İstifadəçi, bir dostunun yeddi gün ərzində bütün tətbiqləri izləmək üçün yeni iOS 15 xüsusiyyətini necə açdığını və WeChat, QQ, Taobao və digər Çin tətbiqlərinin istifadəçi foto albomlarını arxa planda hətta tətbiqin istifadə edilməməsinə baxmayaraq davamlı olaraq skan etdiklərini aşkar etdiyini qeyd edir.

(https://i.im.ge/2021/10/19/o2ih2q.jpg)

Ekran görüntülərindən sorğuların həddən ziyadə çox olması və tətbiqlərin faylları hətta istifadəçi yuxuda olarkən belə oxuması görünür. Bundan əlavə, bu lazımsız fəaliyyət RAM-ı tutur və telefonun akkumulyatorunu sərf edir.

Bu problemi qismən də olsa aradan qaldırmaq üçün aşağıdakılar təklif olunur:

WeChat ayarlar (Settings) səhifəsindən:


Title: Re: WeChat və digər Çin tətbiqlərinin arxa fonda şəkilləri skan etməsi aşkar olunub
Post by: Pentester on October 31, 2021, 11:07:51 AM
Faydalı yazı üçün təşəkkürlər  :)