Information Security Forum INSECO

Təhlükəsizlik => Mobil Təhlükəsizlik => Topic started by: Wedn0sday on October 19, 2021, 04:14:12 PM

Title: Boşluqları aradan qaldırılmış IOS 15 versiyalı iPhone 13-ün müdafiəsini qırdılar
Post by: Wedn0sday on October 19, 2021, 04:14:12 PM
(https://i.im.ge/2021/10/19/o25xYJ.jpg)

Tianfu Cup müsabiqəsində mütəxəssislər boşluqları tamamilə aradan qaldırılmış iOS 15 versiyalı yeni iPhone 13-ün müdafiəsini qırmaq üsulunu nümayiş etdirdilər. Müəyyən edilmiş zəifliyə görə etik xakerlər 300 000 dollar aldılar. Tianfu Cup - Çində kiber təhlükəsizlik sahəsindəki tədqiqatçıların məşhur əməliyyat sistemində tapılmış boşluqların istismarını nümayiş etdirdiyi əsas xaker müsabiqələrindən biridir. Bu il Tianfu Cup 16 və 17 oktyabr tarixlərində Çendu şəhərində keçirildi. İştirakçılara öz eksploytlarının işini göstərmək üçün beş dəqiqəlik üç cəhd verildi. Nəticələrə görə 654 500 dollar qazanan Kunlun Lab komandası qalib gəldi. Yeri gəlmişkən, bu il ekspertlər aşağıdakı göstərilən məqsədləri uğurla dəf etdilər:

Windows 10 - 5 dəfə

Adobe PDF Reader - 4 dəfə

Ubuntu 20 - 4 dəfə

Parallels VM - 3 dəfə

iOS 15 – 3 dəfə

Apple Safari - 2 dəfə

Google Chrome - 2 dəfə

ASUS AX56U router - 2 dəfə

Docker CE – 1 dəfə

VMWare ESXi - 1 dəfə

VMWare Workstation – 1 dəfə

qemu VM - 1 dəfə

Microsoft Exchange - 1 dəfə

Bununla belə, ən maraqlı eksployt boşluqları tamamilə aradan qaldırılmış iOS 15-də kodun uzaqdan yerinə yetirilməsinə gətirib çıxaran 0-click olmuşdur. Tədqiqatçılar təzə iPhone 13-də müdafiəni qırma üsulunu göstərdilər. Bundan əlavə, Google Chrome-da kodun uzaqdan yerinə yetirilməsinə gətirib çıxaran eksploytlar zəncirini də qeyd etmək lazımdır. Bu, Tianfu Cup-da ilk dəfə nümayiş olunurdu.
Title: Re: Boşluqları aradan qaldırılmış IOS 15 versiyalı iPhone 13-ün müdafiəsini qırdılar
Post by: Pentester on October 30, 2021, 07:25:50 PM
Faydalı yazı üçün təşəkkürlər  :)