Information Security Forum INSECO

Ümumi Bölmə => Ümumi Mövzular => Topic started by: Wedn0sday on October 27, 2021, 01:14:57 PM

Title: İranda haker hücumu nəticəsində yanacaqdoldurma məntəqələri çöküb
Post by: Wedn0sday on October 27, 2021, 01:14:57 PM
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbələr yanacaqdoldurma məntəqəsindəki yanacaqdoldurma sisteminə kiberhücum edildiyini təsdiqləyib.

ISNA xəbər agentliyi bir neçə saat əvvəl "Tehranda və digər şəhərlərdə kiberhücum səbəbindən qəfil qazın kəsilməsi" xəbərini verib.

Həmin xəbər agentliyi Neft Nazirliyinin mətbuat katibinin sözlərindən başqa bir xəbərdə belə elan edib: yanacaq kartı sistemində texniki problem yaranıb və smart sistemin istifadəsi və milli paylayıcı şirkəti peykdən çıxarılıb.

Yanacaqdoldurma məntəqə sahibləri birliyinin rəhbəri də bununla bağlı izahat verib: "Bu gün saat 11:00-dan bizə sms gəldi ki, sistem pozulub. Digər vilayətlərlə də əlaqə saxladıq və onlar da bu məlumatı təsdiq etdilər. Problem həll olunana qədər sərbəst şəkildə yanacaq doldurmaq mümkündür. Problem proqram təminatıdır".

İranda kiberhücumdan sonra ölkədəki yanacaqdoldurma məntəqələri fəaliyyət göstərmir

İran Milli Neft Emalı Zavodlarının sözçüsü: "İnsanlar stansiyalarımıza gəlməməlidir", -deyə xəbərdarlıq edib.

Yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

Hücumun İsraildən olan hakerlər tərəfindən edildiyi güman edilir.
Title: Re: İranda haker hücumu nəticəsində yanacaqdoldurma məntəqələri çöküb
Post by: Pentester on October 31, 2021, 11:03:26 AM
Maraqlı yazı üçün təşəkkürlər  :)
Title: Re: İranda haker hücumu nəticəsində yanacaqdoldurma məntəqələri çöküb
Post by: XaR0N on November 10, 2021, 11:38:51 PM
Təhlükəsizlik məsələlərinə kifayət qədər önəm yetirilmədiyi müddətdə bu cür insidentlərin sayı azalmayacaq.  :D