OPAD: Süni intellekti hədəf alan yeni düşmən hücumu
Son zamanlarda süni intellekt texnologiyalarını aldada biləcək yeni düşmən hücumu aşkar edilib. Bu yeni hücum—OPtical ADversarial attack (OPAD) — hücumu həyata keçirmək üçün istifadə edilən üç əsas obyektə - kamera, ucuz proyektor və kompüterə əsaslanır.
Bu cür hücumun kritik amillərindən biri obyektlər üçün fiziki giriş tələb olunmamasıdır. OPAD hücumları istənilən məlum rəqəmsal nəticələri real 3D obyektlərə çevirə bilər.Bu hücumun mümkünlüyü obyektin rənginin doyması ilə yanaşı, yalnız obyektin səth materialı ilə məhdudlaşır.
OPAD qəsdən qəzaların və ya zarafatların səbəbi ola biləcək özünü idarə edən avtomobilləri aldatmaq üçün istifadə edilə bilər . Məsələn, STOP siqnalını sürət həddi siqnalı kimi təmsil edə bilər. Üstəlik, süni intellektə malik təhlükəsizlik kameraları aldadıla bilər ki, bu da ciddi nəticələrə səbəb olar.
Bundan əlavə, OPAD-ın uğurlu nümayişi üzləri və ya nəzarət tapşırıqlarını dəyişdirmək üçün optik sistemdən istifadə imkanını göstərir.
Nəticə də OPAD göstərdi ki, AI(Artificial intelligence) texnologiyalarını inkişaf etdirən təşkilatlar AI modelləri daxilində potensial təhlükəsizlik problemləri ilə bağlı xəbərdar olmalıdırlar. Həmçinin, onlar real dünyada istifadə etməzdən əvvəl AI texnologiyasının təhlükəsizliyinə və sınaqlarına daha çox sərmayə qoymalıdırlar.
Maraqlı yazı üçün təşəkkürlər :)
Mənə elə gəlir ki qarşı tədbir üçün EMP texnologiyasına sərmayə qoyulmalıdır. Gələcəkdə hər cür kiber hücumlara qarşı effektiv variantı sadəcə bunu görürəm
Təşəkkürlər maraqlı yazı üçün
Maraqlidir. Bes sermaye qoyulsa eger istenilen cavab elde olunacaqmi sual budur