Kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Öz populyarlıqını topladıqca bədniyyətlilər tərəfindən yaradılan və tətbiq edilən zərərli proqramların da sayı artır. Əgər ixtiyari bir kompüter virusa yoluxubsa, bu özünü bir neçə hadisədə biruzə verir:
1) Antivirus zərərverici proqram barədə xəbərdarlıq edir:
Bu halda verilən məlumatı check etmək lazımdır, müvafiq fayl karantinə yerləşdiriləcək.
2) Pop-up bannerlər:
İnternetin istifadəsi zamanı belə bannerlərin açılmasında heç bir problem yoxdur, fəqət adi proqramları istifadə edərkən ekrana müxtəlif tip(məsələn, reklam) digər pəncərələrin çıxması birbaşa kompüterin yoluxması barədə xəbər verir. Bu tip virusun peydə olması, adətən, internetdə hər hansı reklam bannerinə toxunduqdan sonra olar. Bannerdə "Kompüterinizdə virus var, click edin ki, silmək üçün proqramı yükləyəsiz" tipli fake yazılar və təkliflər ola bilər.
3) Kompüter ləng işləməyə başladı, internetdən istifadə həcmi artdı, siçan və ya klaviaturaya reaksiyada gözləntilər var:
CTRL + ALT + DELETE istifadə etdikdən sonra Task Manager-i seçib istifadə edilən internet həcminə nəzarət etmək olar. Həmçinin normalda olmayan prosesin işləməsini də bu pəncərədə yoxlamaq olar.
4) Bəlli olmayan proqramlar:
Bəzi hallarda kompüterdə yer çatışmamazlıqı ilə rastlaşa bilərik, halbuki böyük miqyaslı proqramlar yükləməmişik. Bu zaman faylları yoxlamaq lazımdır, çünki sadəcə yer dolduran zərərli proqramın kompüterə düşmə ehtimalı yüksəkdir.
5) Errorlar:
Hər zaman yaranan errorlar və ya blue screen of death virusun işarəsi kimi qəbul edilə bilməz(məsələn, driver-lərdə problem ola bilər), lakin belə hallarda sistemi check etmək artıq olmaz.
6) Sizin adınızdan maillər və ya sosial şəbəkədə sms-lərin göndərilməsi:
Burada şərhlər artıqdır, hər şey bəllidir. :)
Hansı profilaktik tədbirlər görmək olar ?
- Etibarlı antiviruslardan istifadə etmək. Əgər tətbiq edilən antivirus populyardısa və database-si daimi əsasda update edilirsə, gündəlik-həftəlik əsasda kompüteri tam skan edərək yoxlamaq olar. Nəzərə almaq lazımdır ki, bu 100%-lıq üsul hesab edilə bilməz; Bəzi şeylər(məsələn, rootkit) aşkar edilməyə bilər, database vaxtında update edilməyə bilər, həmçinin zero day barədə unutmaq olmaz;
- Public access point-lərə qoşulmamaq, edilsə belə firewall-da qəbul edilənlərlə bağlı şərtləri sərtləşdirmək, VPN-dən istifadə etmək;
- Lisenziyalı soft-dan istifadə etmək;
- Daimi əsasda əməliyyat sistemini, driverləri, antivirusu update etmək;
- Etibar edilməyən mənbədə olan linklərə click etməmək;