Information Security Forum INSECO

Təhlükəsizlik => Mobil Təhlükəsizlik => Topic started by: ToghrulHajiyev on November 19, 2021, 02:53:30 PM

Title: Google hesabı - iki addımlı doğrulama problemi
Post by: ToghrulHajiyev on November 19, 2021, 02:53:30 PM
Dəyərli forum üzvləri, bu yaxınlarda baş vermiş bir problemin həll yolunu axtarıram.
Google hesabında iki addımlı doğrulama funksiyası aktivləşdirilmiş olsa da, hesaba daxil olmağa çalışdıqda qeyd olunan nömrəyə OTP kodu gəlmir. Bu problemlə daha əvvəl qarşılaşmış və ya həll yolunu bilən var?
Title: Re: Google hesabı - iki addımlı doğrulama problemi
Post by: Wedn0sday on November 19, 2021, 09:58:40 PM
Bəli. Eyni problemlə də mən üzləşdim, 8 noyabradək, iki faktorlu doğrulamaya məcburi keçidədək belə idi. Lakin, bu tarixdən sonra bir daha cəhd etdim və Google Authentificator tətbiqini Google hesabıma bağlaya bildim. Bu arada, Google Authentificator tətbiqində generasiya olunan kodlar qəbul olunmursa, tətbiqdə vaxt sinxronlaşdırılmasını həyata keçirmək lazımdır ki, kodlar vaxt etibarilə sizin saat zonanıza uyğun olsun
Title: Re: Google hesabı - iki addımlı doğrulama problemi
Post by: ToghrulHajiyev on November 22, 2021, 10:52:13 AM
Təşəkkür edirəm, vaxt sinxronlaşdırılmasını etdikdən sonra, problem həll oldu.