Information Security Forum INSECO

Təhlükəsizlik => Məlumat Təhlükəsizliyi => Topic started by: iamvagif on November 25, 2021, 10:54:55 AM

Title: İnformasiya təhlükəsizliyi anlayışı və əsasları
Post by: iamvagif on November 25, 2021, 10:54:55 AM
İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şərhinə keçməzdən əvvəl, informasiya cəmiyyətinin əsasını təşkil edən informasiya anlayışı haqqında məlumatın verilməsi zəruridir. Belə ki, informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə olunmasın.

Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.

İnformasiya - təqdimat formasından asılı olmayaraq şəxslər, hadisələr, faktlar, əşyalar, təzahürlər, proseslər və anlayışlar haqqında məlumatlar və biliklərdir. İnformasiya kompüterə daxil edilmiş verilənlər, proqram kodları, məktub, yaddaş qeydləri, düsturlar, sxemlər, diaqramlar, dissertasiyalar, məhkəmə sənədləri və s. formalarda ola bilər.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəsi nəzərdə tutulur.

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər toplusudur. İnformasiya təhlükəsizliyi dedikdə təhlükəsizliyin pozulmasına gətirib çıxaran şərait və hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınması başa düşülür. İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
• şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
• informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal İnternet şəbəkəsinin inkişafı;
• minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.


İnformasiya təhlükəsizliyi sahəsində anlayışlara mövzu sahəsindən asılı olaraq bir neçə aspektdən yanaşılır və müxtəlif ədəbiyyatlarda informasiya təhlükəsizliyi sahəsində mövcud anlayışlara müxtəlif təriflər verilir. Konteksdən asılı olaraq bu təriflərdən biri istifadə olunur.