Şəbəkə səviyyəsində paketlər ip ünvan vasitəsi ilə ötürülür. İp ünvan şəbəkədə olan hər bir cihazın bir-biri ilə əlaqə qurması, xəbərdar olması və məlumat ötürməsi üçün gərəklidir. İp ünvanlarının 2 versiyası vardır:
1. IPv4 (yəni İP version 4)
2.İPv6 (yəni İP version 6)
Hal – hazırda ən çox istifadə olunan İPv4 ünvanlar bir-birindən nöqtələr vasitəsi ilə ayrılan 4 hissədən ibarətdir. Məsələn: 5.128.168.2 (Global), 192.168.0.5(Private)
Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü isə 255-dir. 5.260.3.5(Yanlışdır)
Hər bölmə 0-255 aralığında dəyişir. Buna görə də 256 hal vardır. İPv4 üçün 32 bit həcmində İP-ünvanlar istifadə olunur və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir.
Nə üçün 8 bit?
256 müxtəlif haldan hər bölmə yaddaşda 2⁸ bit yer tutur. Buna görədə ip ünvanın bölmələrinə 8-liklər yəni oktet-lər deyilir. İp ünvan 4 oktetdən ibarətdir.
(http://berkcangeyikci.com/wp-content/uploads/2019/06/ipadd-300x118.png)
Bu səbəbdən ip ünvanlar üçün ümumilikdə 32 bit sahə ayrılır.
İp-lər daxildə istifadə (ev, ofis) və xarici istifadəyə (internetə çıxış üçün) uyğun olaraq 2 hissəyə bölünür:
1. Private (Local) 2. Global (External)
# Private ip-ünvanlar ofis, ev və s. Daxildə olan ip-lərə aiddir. Hər bir qurğu (ip telefon, kompyuter, printer və s.) wifi-yə qoşulan andan etibarən routerin internal interfacesində olan DHCP (The Dynamic Host Configuration Protocol) protokolu vasitəsi ilə daxili ip alır. Local İp-lər Şəbəkə Administratoru tərəfindəndə verilə bilər. Daxili ip-lər növlərinə görə siniflərə (class) bölünür. Hər bir sinifin istifadə olunma yerləri fərqlidir.
* A sinifindən nəhəng şirkətlərdə, milyonlarla insanların istifadə etdiyi yerlərdə istifadə olunur. 16 milyondan çox istifadəçini ünvanlamaq mümkündür.Buna misal olaraq HackTheBox kimi platformaları göstərmək olar.
* B sinifindən də işçi sayı çox olan şirkətlərdə, firmalarda istifadə olunur.
* C sinifindən isə əsasən kiçik yerlərdə ofis və ev mühitlərdə istifadə olunur.
Local ip (private ip) adresimizi öyrənmək üçün:
• Windows əməliyyat sistemində cmd terminalına ipconfig yazıb enterə basmaqla baxa bilərik
(http://berkcangeyikci.com/wp-content/uploads/2019/06/cmd_ipconfig.png)
• Linux əməliyyat sistemində isə terminala ifconfig yazıb Enterə basırıq.
(https://linuxways.net/wp-content/uploads/2020/12/ifconfig.png)
# Global İP adreslər provayderlər tərəfindən verilir. İnternetə çıxdığımız zaman bu İP adres ilə çıxırıq. Bu İp ünvanların verilməsinə nəzarət edən isə İnterNİC təşkilatıdır. Public ip-lərin iki cür növü vardır:
* Statik İP adressləri bir servis tərəfindən verilir və dəyişmir. Sosial medya, xəbər saytları, e-ticarət və s. Statik ip istifadə edirlər. Təhlükəsizlik səviyyəsindən statik İp-lər hər zaman tövsiyyə olunur.
* Dinamik ip adresslər isə İSP(Internet Service Provider) tərəfindən istifadəçiyə hər dəfə internetə bağlananda müvəqqəti olaraq verilən ip adresdir. Bu ip adress modemi yandırıb söndürdükdə, gündə bir dəfə və ya bir neçə gündən bir dəyişə bilər.
External (Public) ip adresi öyrənmək üçün isə
• Brauzerə "ip adresim" yazmaq kifayətdir. Göstərilən saytlardan birinə girsəniz görə bilərsiniz.
(https://site-images.similarcdn.com/image?url=ip-adresim.net&t=1&s=1&h=7aedac7fc6fc5bd5709c5b06a004102f26d8d56cc5c7f3f140d2035217779528)
• Linux əməliyyat sistemində isə əlavə olaraq terminala "curl icanhazip.com" yazıb baxa bilərsiniz.
(https://images.squarespace-cdn.com/content/v1/521110cce4b06d5f9d315455/1377761814829-RVNMC4XI3OZOKI9C33N7/amazon_public_ip_curl.png)
Çox sağolun. IPv6-ya keçidlə bağlı fikirləriniz necədir? Neçə ildir V4 qıtlığından danışılır , ancaq V6-a keçid edilmir.
Keçid etmir deməzdim. Çünki, 2021-ci ilin Noyabr ayında olan faiz göstərici 32-37% aralığındadır. Ancaq daha çox şəbəkə keçidi, saytlar və istifadəçi avadanlıqları IPv6 imkanları üçün təkmilləşdirdikcə, dünya yavaş-yavaş IPv4-dən uzaqlaşacaq.