MAC (Media Access Control) hər bir qurğunun unikal ünvanına deyilir. Bir qurğuda olan mac address digəri ilə eyni ola bilməz. İstehsalçı tərəfindən şəbəkə kartının üzərinə vurulur.
(http://www.utilizewindows.com/images/articles/networking/devices/nic/en/1-nic.jpg)
ETHERNET şəbəkəsində node-ları bir-birindən ayırmaq üçün istifadə olunur.
Node – Ethernet şəbəkəsinə daxil olan hər cihaz "node" adlanır. Kompyuterə ethernet kartı taxılanda həmin kompyuter şəbəkədə punk halına gəlir və bu punktu node adlandırlır. Ethernet şəbəkəsində kompyuterlər və cihazlar bir-birindən sahib olduqları analoqu olmayan MAC adresləri vasitəsi ilə ayırd edilir. ARP ilə cihazlar şəbəkədə əlaqə qurmaq istədiyi cihazın mac adresini öyrənir.
Quruluşu bir-birindən xətt və ya iki nöqtə ilə ayrılmış 6 bölmədən ibarət olur. Hər bir bölmə mütləq 2 simvoldan ibarət olur və bu simvollarda 16-lıq say sisteminin (1-9, A-F) simvolları olur.
Məsələn:7C:C5:37:EC:A3:E4 və ya 11-A0-17-3D-BC-01
6 oktetdən ibarət olan MAC adresinin hər simvolu yaddaşda 4bit yer tutur. Bir bölmədə 2 simvol olduğuna görə bir bölmədə 8bit yer tutur. Ümumilikdə isə yaddaşda 48bit yer tutur.
(https://i1.wp.com/learntomato.flashrouters.com/wp-content/uploads/MAC-address-hardware.jpg?resize=560%2C315&ssl=1)
Mac adresinin ilk 24 biti yəni 3 okteti istehsalçı firmanın, ikinci 3 okteti isə cihazın modelini, ilini və hazırlanma yeri kimi məlumatları göstərir.
(https://miro.medium.com/max/1200/0*lVIziheXfTIg1a3D)
Hər bir cihazın bağlanmaq üçün tək adresi olmur. Yəni cihazda WIfi,Bluetooth və s. Üçün mac adresslər müxtəlif olur. Cihazımızın mac adresinə baxmaq üçün:
Windows:
Windows + R düyməsinə basıb, cmd yazaraq terminalımızı açırıq. Sonra isə terminala "ipconfig/all" əmrini veririk.(https://www.windowscentral.com/sites/wpcentral.com/files/styles/xlarge/public/field/image/2020/03/windows-10-mac-address-command-prompt.jpg)
Linux:
Terminalı açıb ifconfig yazırıq(https://ecs.rutgers.edu/sites/default/files/images/ifconfig.gif)
IOS:
Ayarlara daxil olub genel bölməsinə keçib, haqqında hissəsinə daxil olub baxa bilərsiniz.(https://cdn.unlockboot.com/wp-content/uploads/2018/01/wifi-address.jpg)
Android:
Parametr-lərə daxil olub telefon haqqındaya keçid edib, durumu seçirsiz qarşınıza məlumatlarınız çıxacaqdır. MAC adresinizi ordan öyrənə bilərsiniz. (https://i2.wp.com/appslova.com/wp-content/uploads/2017/01/mac-address.jpg?resize=683%2C380&ssl=1)
Çox sağolun. Bilməkdə fayda var.