Hesablarınızın oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə etməyinizdir.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 123456 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.
Bu səbəbdən parolun qoyulması barədə tövsiyələrini aşağıda sizə təqdim edirik:
- Bütöv bir sözü ifadə etməməlidir
- Ən azı 8 simvoldan ibarət olmalıdır
- Böyük və kiçik hərflərdən təşkil olunmalıdır
- Rəqəmlərdən istifadə olunmalıdır. Ənaz 2 rəqəmdən istifadə edin.
- Simvollardan da istifadə olunmalıdır (Misalçün, ~ ! @ # $ % ^ & * ( ) _ - + = { } [ ] | : ; " ' < > , . ? /)
Məsələn, istifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü ifadə etmişdir (Elçin eli).
Bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcəkdir. Məsələn,
Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.
Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq:
Mbqİ14d25iBao.
və yaxud qısa cümlədən istifadə edərək
Mən 1990-cü ildə Bakıda anadan olmuşam.
Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz:
mn13iəBaanom