News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu
Menu

Show posts

This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.

Show posts Menu

Messages - iamvagif

#1
Məlumat Təhlükəsizliyi / 2021 CWE Top 25
January 10, 2022, 12:50:15 PM
Aşağıda hər birinin ümumi balı da daxil olmaqla 2021 CWE Top 25-in boşluqlarının siyahısı verilmişdir.

#2
Quote from: vusal on December 06, 2021, 01:37:50 PM
Ən effektivi hansıdır?
Qeyd etdiyim kimi seçim adətən tətbiqdən asılı olur. Amma aralarında ən təhlükəsiz əsasən Iris Recognition yəni gözün quzehli qişası skanı sayılır.
#3
Quote from: vusal on December 06, 2021, 01:25:45 PM
Çox sağolun yazı üçün. Biometrik identifikasiya metodlarından hansı daha effektiv sayılır?
Müxtəlif tətbiqlərdə müxtəlif biometrik parametrlərdən istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur.
#4
İdentifikasiya (Identification) - istifadəçiyə özünü adlandırmağa (tanıtmağa) imkan verir.
Autentifikasiya − identifikasiya olunan subyektin kim olduğunu təsdiq edən parol, biometrik parametrlər və s. kimi məlumatların subyektdən əldə edilməsi.
Authenticate (autentifikasiya, həqiqiliyin yoxlanması)
•   İstifadəçinin, qurğunun və ya sistemin digər komponentinin həqiqiliyinin yoxlanılması; adətən sistemin resurslarına girişə icazə qərarının qəbul edilməsi üçün istifadə edilir;
•   İcazəsiz dəyişdirilməni aşkarlamaq üçün saxlanılan və ya ötürülən verilənlərin tamlığının yoxlanılması.

Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən, parol-dan istifadə edilir.
Parol [password], yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar yığınıdır.


Bəzən parol əvəzinə texniki vasitələrdən – elektron açarlardan, smart-kartlardan və s. istifadə olunur. Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xususiyyətlərinə əsaslanır və ona görə də biometrik informasiya itirilə, yaxud saxtalaşdırıla bilməz. İnformasiyanın biometric mühafizə sistemlərinə aşağıdakı identifikasiya sistemləri aiddir:
•   barmaq izlərinə görə identifikasiya;
•   gözün qüzehli qişasının şəklinə görə identifikasiya;
•   nitqin özəlliklərinə görə identifikasiya;
•   üzün təsvirinə görə identifikasiya;
•   ovucun cizgilərinə görə identifikasiya.

Barmaq izlərinə görə identifikasiya. Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, kompüterin siçanında, klaviaturada, fləş-diskdə quraşdırılır, həmçinin ayrıca xarici qurğular və terminallar şəklində tətbiq olunur. Skan olunmuş barmaq izinin naxışı, informasiyadan istifadəyə icazəsi olan şəxslərin heç birinin barmaq izlərinin naxışı ilə üst-ustə düşmədikdə, informasiya əlçatmaz olur.



Barmaq izləri. Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar xəttlərin unikallığı ideyası durur. Bu xəttlərin aşağıdakı xassələri var:
•   fərdilik və təkraredilməzlik;
•   zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək);
•   bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).


Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Gözün qüzehli qişasının şəklinə görə identifikasiya. Gözün qüzehli qişası hər bir insanın nadir biometrik xususiyyətlərindəndir. O, insanda yaşyarımlıqdan formalaşır və əslində bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri alındıqdan sonra onun uzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir insan üçün fərdi matris alınır. Gözün qüzehli qişasına görə identifikasiya etmək üçün xüsusi skanerlərdən istifadə olunur.

Nitqin özəlliklərinə görə identifikasiya. İnsanın səsə görə identifikasiyası ənənəvi tanınma üsullarından biridir. Telefondakı həmsöhbəti görmədən onu asanlıqla tanımaq olur. Hətta, səsinin emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündür. Səsə görə identifikasiya nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin fərdi tezlik xarakteristikası vardır.

Üzün təsvirinə görə identifikasiya. Şəxsiyyəti müəyyənləşdirmək üçün üzə görə tanıma texnologiyasından tez-tez istifadə olunur.


İdentifikasiya əlamətləri üzün formasını, rəngini, həmçinin saçın rəngini nəzərə alır. Mühüm əlamətlər sırasına sifətdə kontrastlığın dəyişildiyi yerlərin (qaşlar, gozlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar.
Ovucun cizgilərinə görə identifikasiya. Biometrikada identifikasiya məqsədilə əlin ölçülərindən və formasından, eləcə də əlin üstündə barmaq sümüklərinin qatlanma yerlərindən, qan damarlarının yerləşməsindən əmələ gələn naxışlardan və s. istifadə olunur. Ovuca görə identifikasiya skanerləri bəzi aeroportlarda, banklarda, atom elektrik stansiyalarında quraşdırılır.
Səsin xarakteristikasına görə identifikasiya. Səs – üz və ya barmaq izləri kimi hər bir insanın ayrılmaz əlamətidir. Rabitə vasitələrinin genişyayılması bu biometrik identifikatorun tətbiqi üçün böyük imkanlar açır; bundan başqa səs üzrə tanıma istifadəçilər üçün çox rahatdır və onlardan minimal səylər tələb edir. İnsanın nitqi ayrıca «səs kadrlarına» bölünür, sonra onları rəqəmsal modelə çevirirlər. Bu modelləri «səs izləri» (voiceprint) adlandırırlar. Yaradılan «səs izi» bazada qeydə alınır. Səs üzrə identifikasiya kodunun qurulması üçün olduqca çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin tezlik və statistik xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya zamanı əvvəl qeydə alınmış və yeni yaradılmış «səs izləri» müqayisə edilir. Etibarlığı artırmaq və tanımanı sürətləndirmək üçün çox vaxt istifadəçidən əvvəlcədən razılaşdırılmış suallara cavab verməsi və ya parolu tələffüz etməsi xahiş edilir.
#5
Təhlükə dedikdə sistemə dağılma, verilənlərin sızdırılması və ya dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur.

Meydana çıxma səbəblərinə görə təhlükələri təbii və süni xarakterli təhlükələrə ayırırlar. Süni xarakterli təhlükələr də öz növbəsində bilməyərəkdən və qəsdən törədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə görə təhlükələrin üç əsas növü var:
1.   İnformasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr;
2.   İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
3.   Əlyetənliyin pozulmasına yönələn təhlükələr


Konfidensiallıq (Confidentiality) - informasiyanın subyektiv müəyyən olunan xassəsidir. Verilən informasiyaya icazəsi olan subyektlərin siyahısına məhdudiyyət qoyulmasının zəruriliyini göstərir. Konfidensiallığın pozulmasına yönələn təhlükələr məxfi və ya gizli informasiyanın üstünün açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında informasiya ona müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Bütövlük (Integrity) - informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir. İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər.
Əlyetənlik (Availability) – yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini almaq imkanıdır. Həmçinin əlyetənlik – daxil olan sorğulara xidmət üçün onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır. Əlyetənliyin pozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.

Təhlükələr başqa əlamətlərinə görə də təsnif oluna bilər:
• Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı);
• Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər);
• Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi);
• Təsir xarakterinə görə (aktiv, passiv);
• Obyektə münasibətinə görə (daxili, xarici). Daxili və xarici təhlükələrin nisbətini təqribi olaraq belə xarakterizə etmək olar.Təhlükələrin 80%-i təşkilatın öz işçiləri tərəfindən onların bilavasitə və ya dolayısı yolla iştirakı ilə baş verir. Təhlükələrin 20%-i kənardan icra olunur.
#6
İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şərhinə keçməzdən əvvəl, informasiya cəmiyyətinin əsasını təşkil edən informasiya anlayışı haqqında məlumatın verilməsi zəruridir. Belə ki, informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə olunmasın.

Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.

İnformasiya - təqdimat formasından asılı olmayaraq şəxslər, hadisələr, faktlar, əşyalar, təzahürlər, proseslər və anlayışlar haqqında məlumatlar və biliklərdir. İnformasiya kompüterə daxil edilmiş verilənlər, proqram kodları, məktub, yaddaş qeydləri, düsturlar, sxemlər, diaqramlar, dissertasiyalar, məhkəmə sənədləri və s. formalarda ola bilər.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəsi nəzərdə tutulur.

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər toplusudur. İnformasiya təhlükəsizliyi dedikdə təhlükəsizliyin pozulmasına gətirib çıxaran şərait və hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınması başa düşülür. İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
• şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
• informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal İnternet şəbəkəsinin inkişafı;
• minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.


İnformasiya təhlükəsizliyi sahəsində anlayışlara mövzu sahəsindən asılı olaraq bir neçə aspektdən yanaşılır və müxtəlif ədəbiyyatlarda informasiya təhlükəsizliyi sahəsində mövcud anlayışlara müxtəlif təriflər verilir. Konteksdən asılı olaraq bu təriflərdən biri istifadə olunur.
#7
Ümumi Mövzular / Re: Qara Cümə endirimləri
November 24, 2021, 10:32:15 AM
OSINTion (OSINT Training) 🙈
https://www.theosintion.com/courses/store/
25% off courses with code: BLACKFRIDAY2021
15% off bundles with code: BUNDLES2021BLACKFRIDAY

#8
Ümumi Mövzular / Re: Qara Cümə endirimləri
November 24, 2021, 10:29:16 AM
2022 Ultimate Cybersecurity Analyst Prep Bundle (8 courses)
https://deals.bleepingcomputer.com/sales/the-2022-ultimate-cybersecurity-analyst-certification-preparation-bundle
$29.99 applied to cart