News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu
Menu

Show posts

This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.

Show posts Menu

Messages - XaR0N

#1
Faydalı məlumata görə təşəkkürlər!
#2
Ümumi Mövzular / Re: Qara Cümə endirimləri
November 24, 2021, 09:45:47 AM
7ASecurity Black friday sale on any course
https://store.7asecurity.com/
40% off with code: BFCM40
#3
Ümumi Mövzular / Re: Kriptovalyutalar barədə
November 10, 2021, 11:47:06 PM
Kriptovalyutalar hazırda çox populyardır, mining üçün bir vaxt rus bazarında videokart qıtlığı idi. :)
Stabillikdə problem var, bitcoin hazırda hər gün yeni tarixi rekord vurmaqına rəğmən, anidən neçə dəfə aşaqı da düşə bilər, belə hallar ilə rastlaşmışıq.
#4
Təhlükəsizlik məsələlərinə kifayət qədər önəm yetirilmədiyi müddətdə bu cür insidentlərin sayı azalmayacaq.  :D
#5
Təşəkkürlər. Fikrimcə, aralarında ən önəmlisi burp suite hesab edilə bilər.
#6
Maraqlı məqaləyə görə təşəkkürlər. Birbaşa sistemə yönəlmiş hücumlar kimi, insan amilinə(necə deyərlər, hər sistemin ən zəif nöqtəsi :) ) qarşı yönəlmiş hücumlar böyük önəm daşıyır.
#7
Kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Öz populyarlıqını topladıqca bədniyyətlilər tərəfindən yaradılan və tətbiq edilən zərərli proqramların da sayı artır. Əgər ixtiyari bir kompüter virusa yoluxubsa, bu özünü bir neçə hadisədə biruzə verir:
1) Antivirus zərərverici proqram barədə xəbərdarlıq edir:
Bu halda verilən məlumatı check etmək lazımdır, müvafiq fayl karantinə yerləşdiriləcək.
2) Pop-up bannerlər:
İnternetin istifadəsi zamanı belə bannerlərin açılmasında heç bir problem yoxdur, fəqət adi proqramları istifadə edərkən ekrana müxtəlif tip(məsələn, reklam) digər pəncərələrin çıxması birbaşa kompüterin yoluxması barədə xəbər verir. Bu tip virusun peydə olması, adətən, internetdə hər hansı reklam bannerinə toxunduqdan sonra olar. Bannerdə "Kompüterinizdə virus var, click edin ki, silmək üçün proqramı yükləyəsiz" tipli fake yazılar və təkliflər ola bilər.
3) Kompüter ləng işləməyə başladı, internetdən istifadə həcmi artdı, siçan və ya klaviaturaya reaksiyada gözləntilər var:
CTRL + ALT + DELETE istifadə etdikdən sonra Task Manager-i seçib istifadə edilən internet həcminə nəzarət etmək olar. Həmçinin normalda olmayan prosesin işləməsini də bu pəncərədə yoxlamaq olar.
4) Bəlli olmayan proqramlar:
Bəzi hallarda kompüterdə yer çatışmamazlıqı ilə rastlaşa bilərik, halbuki böyük miqyaslı proqramlar yükləməmişik. Bu zaman faylları yoxlamaq lazımdır, çünki sadəcə yer dolduran zərərli proqramın kompüterə düşmə ehtimalı yüksəkdir.
5) Errorlar:
Hər zaman yaranan errorlar və ya blue screen of death virusun işarəsi kimi qəbul edilə bilməz(məsələn, driver-lərdə problem ola bilər), lakin belə hallarda sistemi check etmək artıq olmaz.
6) Sizin adınızdan maillər və ya sosial şəbəkədə sms-lərin göndərilməsi:
Burada şərhlər artıqdır, hər şey bəllidir.  :)

Hansı profilaktik tədbirlər görmək olar ?
- Etibarlı antiviruslardan istifadə etmək. Əgər tətbiq edilən antivirus populyardısa və database-si daimi əsasda update edilirsə, gündəlik-həftəlik əsasda kompüteri tam skan edərək yoxlamaq olar. Nəzərə almaq lazımdır ki, bu 100%-lıq üsul hesab edilə bilməz; Bəzi şeylər(məsələn, rootkit) aşkar edilməyə bilər, database vaxtında update edilməyə bilər, həmçinin zero day barədə unutmaq olmaz;
- Public access point-lərə qoşulmamaq, edilsə belə firewall-da qəbul edilənlərlə bağlı şərtləri sərtləşdirmək, VPN-dən istifadə etmək;
- Lisenziyalı soft-dan istifadə etmək;
- Daimi əsasda əməliyyat sistemini, driverləri, antivirusu update etmək;
- Etibar edilməyən mənbədə olan linklərə click etməmək;
#8
İnformasiya təhlükəsizliyinin 3 əsas aspekti var:
1) Konfidensiallıq - informasiyaya girişin ancaq avtorizasiya olmuş istifadəçilərdə, proseslərdə olması.
Təmin edilməsi üçün:
- Privelegiyaların məhdudlaşdırılması(ancaq iş və ya digər zərurətə görə informasiyaya access-in olması);
- Gizlədilməsi(steqonaqrafiya);
- Şifrləmə(ancaq açarı olanlara mətnin aydın olması);
- Hissələrə bölmək(bir hissə bəlli olduğu halda bütöv informasiyanın bərpasının qeyri müəyyənliyi).
2) Tamlıq - informasiyanın sanksiya edilməmiş dəyişdirilməsi, silinməsi, yeni informasiyanın əlavə edilməsi.
Təmin edilməsi üçün:
- Hashing, elektron imza;
- Hər hansı hadisə baş verdikdə, düzgün informasiyanı bərpa etmək üçün backup-lar.
3) Əlyetənlik - informasiya və informasiya servislərinə access-in olması.
Təmin edilməsi üçün:
- Əlaqə kanallarının dublikasiyası;
- Şlüzların və şəbəkələr arası ekranların dublikasiyası;
- Təbii səbəblərə görə baş verə biləcək problemlərin(işıqların sönməsi və s.) həlli üçün təyin edilmiş plan.
- Parazit trafikin təcridi(DDoS baş verərsə)