News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu

İranda haker hücumu nəticəsində yanacaqdoldurma məntəqələri çöküb

Started by Wedn0sday, October 27, 2021, 01:14:57 PM

Previous topic - Next topic

Wedn0sday

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbələr yanacaqdoldurma məntəqəsindəki yanacaqdoldurma sisteminə kiberhücum edildiyini təsdiqləyib.

ISNA xəbər agentliyi bir neçə saat əvvəl "Tehranda və digər şəhərlərdə kiberhücum səbəbindən qəfil qazın kəsilməsi" xəbərini verib.

Həmin xəbər agentliyi Neft Nazirliyinin mətbuat katibinin sözlərindən başqa bir xəbərdə belə elan edib: yanacaq kartı sistemində texniki problem yaranıb və smart sistemin istifadəsi və milli paylayıcı şirkəti peykdən çıxarılıb.

Yanacaqdoldurma məntəqə sahibləri birliyinin rəhbəri də bununla bağlı izahat verib: "Bu gün saat 11:00-dan bizə sms gəldi ki, sistem pozulub. Digər vilayətlərlə də əlaqə saxladıq və onlar da bu məlumatı təsdiq etdilər. Problem həll olunana qədər sərbəst şəkildə yanacaq doldurmaq mümkündür. Problem proqram təminatıdır".

İranda kiberhücumdan sonra ölkədəki yanacaqdoldurma məntəqələri fəaliyyət göstərmir

İran Milli Neft Emalı Zavodlarının sözçüsü: "İnsanlar stansiyalarımıza gəlməməlidir", -deyə xəbərdarlıq edib.

Yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

Hücumun İsraildən olan hakerlər tərəfindən edildiyi güman edilir.

Pentester


XaR0N

Təhlükəsizlik məsələlərinə kifayət qədər önəm yetirilmədiyi müddətdə bu cür insidentlərin sayı azalmayacaq.  :D