News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu

WeChat və digər Çin tətbiqlərinin arxa fonda şəkilləri skan etməsi aşkar olunub

Started by Wedn0sday, October 19, 2021, 03:33:38 PM

Previous topic - Next topic

Wedn0sday

WeChat-ın istifadəçi foto albomlarını vaxtaşırı necə skan etdiyini ortaya qoyan bir araşdırma nəşr olunub. Beləliklə, Tencent şirkətinin tətbiqinin icazə almadan şəxsi məlumatlara daxil olduğu növbəti dəfə aşkar olunub. Dəlil Weibo-da Hackl0us adlı bir texnobloqqer tərəfindən yayımlandı və dəlil Apple-ın iOS 15 -də yeni "Record App Activity" funksiyasının ekran görüntülərindən ibarət idi.

İstifadəçi, bir dostunun yeddi gün ərzində bütün tətbiqləri izləmək üçün yeni iOS 15 xüsusiyyətini necə açdığını və WeChat, QQ, Taobao və digər Çin tətbiqlərinin istifadəçi foto albomlarını arxa planda hətta tətbiqin istifadə edilməməsinə baxmayaraq davamlı olaraq skan etdiklərini aşkar etdiyini qeyd edir.



Ekran görüntülərindən sorğuların həddən ziyadə çox olması və tətbiqlərin faylları hətta istifadəçi yuxuda olarkən belə oxuması görünür. Bundan əlavə, bu lazımsız fəaliyyət RAM-ı tutur və telefonun akkumulyatorunu sərf edir.

Bu problemi qismən də olsa aradan qaldırmaq üçün aşağıdakılar təklif olunur:

WeChat ayarlar (Settings) səhifəsindən:

  • Aşağı düşərək menyuda "WeChat" > Album-da "All Photos" -u "Selected Photos"-a və yaxud "Not Allowed" dəyişmək. Bu icazənin dəyişdirilməsi və ya məhdudlaşdırılması WeChat-a telefondakı albomların oxumasını məhdudlaşdıra bilər.
  • "Background App Auto Refresh" söndürmək. Bu WeChat-ın push funksiyasına təsir etməyəcək, lakin tətbiq işləməyən zaman WeChat-ı bağlayacaq.
  • Söndürülməli olan digər icazələrə baxın. Çat tarixçəsini kompyuteriniz vasitəsilə backup etmirsinizsə, lokal şəbəkə icazəsi, geolokasiyanı tez-tez paylaşmırsınızsa lokal icazələr və WeChat-ın velosiped paylaşımı üçün mini proqramından istifadə etmirsinizə Bluetooth icazələrini söndürün



Pentester