News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu

Recent posts

#91
Python / Python ile Sıfırdan Proqramlaş...
Last post by Wedn0sday - November 10, 2021, 11:10:44 PM


Kursun müddəti - 1 saat 44 dəqiqə
Dil - türkcə
Müəllif - Levent Ertunalılar

Heç bir proqramlaşdırma biliyiniz olmasa belə, bu kursa asanlıqla başlaya biləcəksiniz.
Python ilə proqramlaşdırma və alqoritmin əsaslarını ən yaxşı şəkildə öyrənmiş olacaqsınız.
Proqramlaşdırmanın sütunu olan mövzuları öyrənməklə siz proqramlaşdırmanın ən mühüm təməlini qoymuş olacaqsınız.
Obyekt yönümlü proqramlaşdırmanı öyrənməklə siz onu həm Python, həm də digər proqramlaşdırma dillərində asanlıqla istifadə edə biləcəksiniz.

https://www.udemy.com/course/python-ile-sfrdan-programlamaya-giris-2021/
#92
Web Təhlükəsizliyi / Kali Linux-da DNS ayarlanması
Last post by Pentester - November 08, 2021, 11:56:12 AM
Salam Həmkarlar,
Bu gün sizə Kali Linux-da DNS ayarlanmasını başa salacam.

İlk öncə, aşağıdakı komandanı terminalda qeyd edə bilərsiz:

nano /etc/resolvconf/resolv.conf.d/base
Sonra isə terminalda aşağıdakı komandanı seçib,
#prepend domain-name-servers 

# silmək lazımdır, Komandanın sonuna isə public DNS-lər yaza bilərsiz. Misalçün,

prepend domain-name-servers 8.8.8.8;  

Sonra isə şəbəkə kartı və servisi restart etmək üçün aşağıdakı komandanı terminalda qeyd edə bilərsiz:

systemctl restart NetworkManager
systemctl restart resolvconf.service


DNS ayarlarını yoxlamaq üçün aşağıdakı komandanı terminalda yaza bilərsiz:
cat /etc/resolv.conf
#93
Bulud Təhlükəsizliyi / Re: Top Cloud Security Vasitəl...
Last post by Pentester - November 08, 2021, 11:42:09 AM
Məlumat üçün təşəkkürlər!
#94
Kompyuter Təhlükəsizliyi / Re: İnformasiya təhlükəsizliyi...
Last post by Pentester - November 08, 2021, 11:41:04 AM
Maraqlı Məlumat üçün Təşəkkürlər! :)
#95
Şəbəkə Təhlükəsizliyi / Re: SMB Portu nədir: 445 və 13...
Last post by Pentester - November 08, 2021, 11:19:44 AM
Maraqlı yazı üçün təşəkkürlər
#96
Şəbəkə Təhlükəsizliyi / Re: CISCO switchlərində port s...
Last post by Pentester - November 08, 2021, 11:19:23 AM
Maraqlı yazı üçün təşəkkürlər
#97
Web Təhlükəsizliyi / Dirb-in istifadə qaydası
Last post by Pentester - November 08, 2021, 11:14:05 AM
Salam Həmkarlar, bu gün sizə Dirb-in istifadə qaydasını izah edəcəm.

Dirb hədəf sayt üzərində gizli faylları və ya direktoriyaları tapmağa kömək edən alətdir.

Dirb hədəf saytında fayllları və ya direktoriyaları brute force metodu ilə tapır. Ona görə sizin bir söz siyahınız (wordlist) olmalıdır.

İndi isə keçək əsas məsələyə,

Kali Linux-da

dirb

yazaraq Dirb barədə məlumat ala bilərisiz.



Hədəf saytında fayllları və ya direktoriyaları axtarmaq üçün aşağıdakı komandanı yaza bilərsiz

dirb hədəf sayt wordlist



Default olaraq Dirb-in wordlist siyahısı var. Əgər  wordlist siyahısını qeyd etməsəz, öz sıyahısı ilə axtaracaq. Siyahının ünvanı:
/usr/share/dirb/wordlists/common.txt

Suallınızı şərhdə qeyd edə bilərsiz




#98
Kibertəhlükəsizlikdə Startaplar / Re: Cybereason
Last post by Mahammad - November 07, 2021, 06:14:42 PM
Yaxshi fikirdi eslinde hardan bu platformaya girmek olar?
#99
Şəbəkə Təhlükəsizliyi / CISCO switchlərində port secur...
Last post by Faiq - November 06, 2021, 09:03:54 PM
          CISCO switchlərində port security

Default olaraq CISCO switchlərin bütün interfeyslər açıq olur bu isə o deməkdir ki, potensial hücumçu sizin şəbəkəyə qoşula  şəbəkəni təhdid edə bilir. Siz şəbəkənizə qoşulacaq cihazları bilsəniz, CISCO-un təhlükəsizlik özəlliyi olan port security dən istifadə edə bilərsiniz. Bu özəlliyin istifadəsi sayəsində şəbəkə administratoru, spesifik MAC addresləri uyğun interfeys ilə əlaqələndirə bilər, belə olan halda siz hücumçunu müvafiq interfeysə qoşulmasının qarşısını ala bilərsiniz. Bu özəllik sayəsində siz şəbəkənizə olan əl çatanlığı limitləyə bilərsiniz belə ki, sizin şəbəkəyə yalnız doğrulanmış cihazlar qoşula bilir. MAC addresi doğrulanmayan bir cihaz sizin şəbəkəyə qoşulmağa cəhd edən zaman isə, siz switchin hansı tədbiri görməsi gərəkdiyini təyin etməlisiniz.
Port securityni aktivləşdirmək üçün siz üç addımı keçməlisiniz:
1. Müvafiq interfeys üçün acces modu açmaq, bunun üçün siz interfeysi seçdikdən sonra switchport mode access interfeysin altəmri ilə edirik.
2. Seçdiyimiz interfeys üçün port security'ni switchport port-security  interfeys alt əmri ilə açırıq
3. Hansı MAC addreslərin interfeysə access'i olub olmamasını təyin edirik bunun üçün ya, switchport port-security mac-address (müvafiq mac address) altəmrindən və ya da, switchport port-security mac-address sticky altəmri ilə interfeysin qoşulu cihazın mac addresi dinamik olaraq öyrənməsini təmin edə bilərik

Bütün bu addımları keçdikdən sonra aşağıdakı iki ayarı etməyimiz optional hesab olunur:
1. İlkin olaraq switch-in tanıdılmayan və ya öyrənilməyən MAC addres tərəfindən interfeysə hər hansı frame göndərilməyə cəhd edilən zaman hansı addımı atacağını təyin edirik, bunun üçün port security violation {protect | restrict | shutdown} altəmrindən istifadə edirik bütün əmrlər icazəsiz cihazı şəbəkədən kənarlaşdırır, restrict və shutdown əmrləri əlavə olaraq log mesajı göndərir, shutdown seçimi əlavə olaraq pozuntu aşkar etdiyi zaman interfeysi bağlayır.
2. Port tərəfindən istifadə oluna biləcək MAC addreslərin maksimum sayının təyin edilməsi, bunun üçün siz switchport port-security maximum (MAC addreslərinin sayı) altəmrindən istifadəcedirik, default olaraq bu say birdir bu o deməkdir ki, başqa cihaz ilə qoşulmağa cəhd etsəniz təhlükəsizlik pozuntusu qeydə alınacaq.
Show int əmrindən istəfadə etdiyiniz zaman err-disabled yazısını görürsünüzsə bu o deməkdir ki, başqa MAC addres tərəfindən interfeysə qoşulmağa cəhd edilib.

İstifadə olunan mənbə: https://study-ccna.com/port-security/
#100
Maraqlidir. Bes sermaye qoyulsa eger istenilen cavab elde olunacaqmi sual budur