News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu

İnformasiya təhlükəsizliyinin və mühafizəsinin biometrik məsələləri

Started by iamvagif, December 06, 2021, 12:54:12 PM

Previous topic - Next topic

iamvagif

İdentifikasiya (Identification) - istifadəçiyə özünü adlandırmağa (tanıtmağa) imkan verir.
Autentifikasiya − identifikasiya olunan subyektin kim olduğunu təsdiq edən parol, biometrik parametrlər və s. kimi məlumatların subyektdən əldə edilməsi.
Authenticate (autentifikasiya, həqiqiliyin yoxlanması)
•   İstifadəçinin, qurğunun və ya sistemin digər komponentinin həqiqiliyinin yoxlanılması; adətən sistemin resurslarına girişə icazə qərarının qəbul edilməsi üçün istifadə edilir;
•   İcazəsiz dəyişdirilməni aşkarlamaq üçün saxlanılan və ya ötürülən verilənlərin tamlığının yoxlanılması.

Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən, parol-dan istifadə edilir.
Parol [password], yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar yığınıdır.


Bəzən parol əvəzinə texniki vasitələrdən – elektron açarlardan, smart-kartlardan və s. istifadə olunur. Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xususiyyətlərinə əsaslanır və ona görə də biometrik informasiya itirilə, yaxud saxtalaşdırıla bilməz. İnformasiyanın biometric mühafizə sistemlərinə aşağıdakı identifikasiya sistemləri aiddir:
•   barmaq izlərinə görə identifikasiya;
•   gözün qüzehli qişasının şəklinə görə identifikasiya;
•   nitqin özəlliklərinə görə identifikasiya;
•   üzün təsvirinə görə identifikasiya;
•   ovucun cizgilərinə görə identifikasiya.

Barmaq izlərinə görə identifikasiya. Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, kompüterin siçanında, klaviaturada, fləş-diskdə quraşdırılır, həmçinin ayrıca xarici qurğular və terminallar şəklində tətbiq olunur. Skan olunmuş barmaq izinin naxışı, informasiyadan istifadəyə icazəsi olan şəxslərin heç birinin barmaq izlərinin naxışı ilə üst-ustə düşmədikdə, informasiya əlçatmaz olur.



Barmaq izləri. Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar xəttlərin unikallığı ideyası durur. Bu xəttlərin aşağıdakı xassələri var:
•   fərdilik və təkraredilməzlik;
•   zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək);
•   bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).


Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Gözün qüzehli qişasının şəklinə görə identifikasiya. Gözün qüzehli qişası hər bir insanın nadir biometrik xususiyyətlərindəndir. O, insanda yaşyarımlıqdan formalaşır və əslində bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri alındıqdan sonra onun uzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir insan üçün fərdi matris alınır. Gözün qüzehli qişasına görə identifikasiya etmək üçün xüsusi skanerlərdən istifadə olunur.

Nitqin özəlliklərinə görə identifikasiya. İnsanın səsə görə identifikasiyası ənənəvi tanınma üsullarından biridir. Telefondakı həmsöhbəti görmədən onu asanlıqla tanımaq olur. Hətta, səsinin emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündür. Səsə görə identifikasiya nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin fərdi tezlik xarakteristikası vardır.

Üzün təsvirinə görə identifikasiya. Şəxsiyyəti müəyyənləşdirmək üçün üzə görə tanıma texnologiyasından tez-tez istifadə olunur.


İdentifikasiya əlamətləri üzün formasını, rəngini, həmçinin saçın rəngini nəzərə alır. Mühüm əlamətlər sırasına sifətdə kontrastlığın dəyişildiyi yerlərin (qaşlar, gozlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar.
Ovucun cizgilərinə görə identifikasiya. Biometrikada identifikasiya məqsədilə əlin ölçülərindən və formasından, eləcə də əlin üstündə barmaq sümüklərinin qatlanma yerlərindən, qan damarlarının yerləşməsindən əmələ gələn naxışlardan və s. istifadə olunur. Ovuca görə identifikasiya skanerləri bəzi aeroportlarda, banklarda, atom elektrik stansiyalarında quraşdırılır.
Səsin xarakteristikasına görə identifikasiya. Səs – üz və ya barmaq izləri kimi hər bir insanın ayrılmaz əlamətidir. Rabitə vasitələrinin genişyayılması bu biometrik identifikatorun tətbiqi üçün böyük imkanlar açır; bundan başqa səs üzrə tanıma istifadəçilər üçün çox rahatdır və onlardan minimal səylər tələb edir. İnsanın nitqi ayrıca «səs kadrlarına» bölünür, sonra onları rəqəmsal modelə çevirirlər. Bu modelləri «səs izləri» (voiceprint) adlandırırlar. Yaradılan «səs izi» bazada qeydə alınır. Səs üzrə identifikasiya kodunun qurulması üçün olduqca çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin tezlik və statistik xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya zamanı əvvəl qeydə alınmış və yeni yaradılmış «səs izləri» müqayisə edilir. Etibarlığı artırmaq və tanımanı sürətləndirmək üçün çox vaxt istifadəçidən əvvəlcədən razılaşdırılmış suallara cavab verməsi və ya parolu tələffüz etməsi xahiş edilir.

vusal

Çox sağolun yazı üçün. Biometrik identifikasiya metodlarından hansı daha effektiv sayılır?

iamvagif

Quote from: vusal on December 06, 2021, 01:25:45 PM
Çox sağolun yazı üçün. Biometrik identifikasiya metodlarından hansı daha effektiv sayılır?
Müxtəlif tətbiqlərdə müxtəlif biometrik parametrlərdən istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur.


Wedn0sday

Digərlərini deepfake vasitəsilə fake etmək imkanı olduğuna görə, biometrik autentifikasiya üzrə birinci yerdə gözün quzehli qişası skanı, ikinci yerdə məncə barmaq izi skanıdır. Sonuncu daha ucuz və əlçatandır.

iamvagif

Quote from: vusal on December 06, 2021, 01:37:50 PM
Ən effektivi hansıdır?
Qeyd etdiyim kimi seçim adətən tətbiqdən asılı olur. Amma aralarında ən təhlükəsiz əsasən Iris Recognition yəni gözün quzehli qişası skanı sayılır.