News:

INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli qərarı ilə qeydiyyatdan keçmişdir

Main Menu

Google hesabı - iki addımlı doğrulama problemi

Started by ToghrulHajiyev, November 19, 2021, 02:53:30 PM

Previous topic - Next topic

ToghrulHajiyev

Dəyərli forum üzvləri, bu yaxınlarda baş vermiş bir problemin həll yolunu axtarıram.
Google hesabında iki addımlı doğrulama funksiyası aktivləşdirilmiş olsa da, hesaba daxil olmağa çalışdıqda qeyd olunan nömrəyə OTP kodu gəlmir. Bu problemlə daha əvvəl qarşılaşmış və ya həll yolunu bilən var?

Wedn0sday

Bəli. Eyni problemlə də mən üzləşdim, 8 noyabradək, iki faktorlu doğrulamaya məcburi keçidədək belə idi. Lakin, bu tarixdən sonra bir daha cəhd etdim və Google Authentificator tətbiqini Google hesabıma bağlaya bildim. Bu arada, Google Authentificator tətbiqində generasiya olunan kodlar qəbul olunmursa, tətbiqdə vaxt sinxronlaşdırılmasını həyata keçirmək lazımdır ki, kodlar vaxt etibarilə sizin saat zonanıza uyğun olsun

ToghrulHajiyev

Təşəkkür edirəm, vaxt sinxronlaşdırılmasını etdikdən sonra, problem həll oldu.